Futboldan öncə marketinq oynadı – Puma-nın Pele ilə əfsanəvi marketinq strategiyası
- Home
- bloq detalları

Futboldan öncə marketinq oynadı – Puma-nın Pele ilə əfsanəvi marketinq strategiyası
- Sport Marketing
İl 1970, səhnə futbol üzrə dünya çempionatının final matçı. Gözlər isə tək oyunçuda, dünya ulduzu Peledə idi. Pele isə meydana təkcə futbol oynamaq üçün girməmişdi, həmin gün Pele heç kimin unutmayacağı bir marketinq strategiyasının baş rolunda idi.
Oyunun adı “Puma” idi. Puma rəqibi Adidas ilə amansız rəqabətdə idi. Hər iki brend dünyanın ən böyük futbolçularını öz tərəfinə çəkməyə çalışırdı. Amma Pelé kimi bir sima - bu artıq reklam yox, qlobal təsir demək idi.
Puma Pelé ilə 120.000 dollarlıqmüqavilə bağladı. Amma məsələ sadəcə ayaqqabı geyindirmək deyil, bütün dünyanın diqqətini o ayaqqabıya (buts) yönəltmək idi.
Final matçı başlamazdan bir neçə saniyə əvvəl Pele hakimdən gözləməsini və butslarının bağlarını bağlamaq üçün icazə verməsini istəyir. Pele bağları bağlayan zaman hər kəs kimi kameraların da diqqəti onun butslarında olur. Kamera zoomladıqca hər şey aydın idi. Pelenin butsları Pumadandır və loqosu tam kadrda bütün dünyanın gözü qarşısındadır. Bütün dünya ekran başında onun butslarını izləyirdi.
Puma o gün sadəcə bir ayaqqabı satmadı. Onlar dahiyanə marketinq strategiyası ilə bir brendə çevrildi!
💡 Bu reklam niyə dahiyanə idi?
Çenki təsadüf deyildi. Planlı, incə düşünülmüş “attention hack” idi.
Xüsusi izaha ehtiyac duyarsaq: viral content + product placement + live audience = jackpot